Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir H.Vəliyev/
HP şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi Trend -a müsahibəsində bildirib ki, yaxın günlərdə "Azərpoçt" ASC-nin avtomatlaşdırılmış korporativ-informasiya sisteminin təqdimetmə mərasimi keçiriləcək.
İnformasiya sisteminin "Azərpoçt"da tətbiqi HP, Sinam və Colvir şirkətlərinin də daxil olduğu Dünya Bankı konsorsiumunun xətti ilə həyata keçirilir.
Layihənin icraçıları sistemin modulunu təqdim edəcək, onun əsas xarakteristikası, həmçinin razılaşdırılmış qrafikə uyğun olaraq layihənin növbəti mərhələsinin reallaşdırılmasıını nəzərdə tutan planlar barədə ətraflı məlumat verəcəklər.
Pərvizinin sözlərinə görə, bu günə mərkəzi poçt şöbələrinin bu sistemə qoşulması işləri başa çatdırılıb. Maliyyə-hesabat modullarının və pul köçürmələrinin reallaşdırılması mümkün olan modulun da quraşdırılma işləri başa çatıb.
Bakının altı poçt filialının mühasibat sistemi bu avtomatlaşdırılmış sistemə qoşulub. Artıq şəhərin 108 poçt məntəqəsində ödənişlərin stasionar telefon xətləri vasitəsilə həyata keçirilməsinə başlanılıb. Regionlar üzrə 21, Gəncədə isə 19 poçt şöbəsi bu sistemə qoşulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]