...

İKT üzrə I Beynəlxalq Konfrans çərçivəsində üç qlobal layihə təqdim ediləcək - İKT-nin Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyeva

Telekommunikasiya Materials 2 Noyabr 2009 15:11 (UTC +04:00)
"Rəqəmsal texnologiyalar və yeni nəsil əsri" mövzusunda keçirilən I Beynəlxalq Konfrans çərçivəsində 3 qlobal layihə təqdim ediləcək, İslam Konfransı Təşkilatı (İKT) Beynəlxalq Forumunun Mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş Koordinatoru Leyla Əliyeva bazar ertəsi deyib.
İKT üzrə I Beynəlxalq Konfrans çərçivəsində üç qlobal layihə təqdim ediləcək - İKT-nin Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyeva

Azərbaycan, Bakı, 2 noyabr/ Trend , müxbir H.Vəliyev/

"Rəqəmsal texnologiyalar və yeni nəsil əsri" mövzusunda keçirilən I Beynəlxalq Konfrans çərçivəsində 3 qlobal layihə təqdim ediləcək, İslam Konfransı Təşkilatı (İKT) Beynəlxalq Forumunun Mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş Koordinatoru Leyla Əliyeva bazar ertəsi deyib.

Onun sözlərinə görə, layihələrdən birincisi gənc sahibkarlar arasında informasiya mübadiləsi üçün platforma rolunu oynayacaq informasiya texnologiyaları üzrə istifadəçi portalı ilə bağlıdır. İkinci layihə İKT-yə üzv ölkələrin gənc sahibkarlarının onlayn məlumat bazasının yaradılmasını nəzərdə tutur. Üçüncü layihə gənclərin aktual məsələlər üzrə fikirlərinin beynəlxalq ictimayyətə çatdırılması məqsədilə onlayn layihələrin yaradılmasını nəzərdə tutur.

Leyla Əliyeva "Rəqəmsal texnologiyalar və yeni nəsil: İKT üzrə gənclərin rolunun artırılması" məruzəsi ilə çıxış edib. Leyla Əliyeva çıxışı zamanı bu sahədə gənc mütəxəssislər arasında nou-xau və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. O, bu prosesə Bakı konfransının səmərəli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Konfrans Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərəfdaşlığı ilə İKT Beynəlxalq Forumu tərəfindən təşkil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti