...

American Express Azərbaycanın elektron biznes sisteminə daxil olacaq

Telekommunikasiya Materials 17 Noyabr 2009 11:15 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan "Azəricard" prosessinq mərkəzi American Express beynəlxalq ödəmə sisteminin kartları vasitəsilə onlayn-ödəmələrin həyata keçirilməsinə imkan yaradır. Bu barədə bazar ertəsi "Azericard"-ın məlumatında deyilir.
American Express Azərbaycanın elektron biznes sisteminə daxil olacaq

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan "Azəricard" prosessinq mərkəzi American Express beynəlxalq ödəmə sisteminin kartları vasitəsilə onlayn-ödəmələrin həyata keçirilməsinə imkan yaradır. Bu barədə bazar ertəsi "Azericard"-ın məlumatında deyilir.

Sistemdə şəxsi məlumatların, hesablamaların və ödəmələrin təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq. American Express informasiya sistemi 3D Secure texnologiyası üzrə sertifikatlaşdırılıb. Daxil edilən məlumatların təhlükəsizliyinə SSL protolokundan istifadə edilməsi və Thawte sertifikatı ilə zəmanət verilir.

American Express sistemi qərb bazarlarında daha çox tələbat olan ödəmə sistemidir və korporativ müştərilərə xidmət üzrə lider mövqeyə malikdir.

Ödəmələrin American Express kartları vasitəsilə qəbul edilməsi onlayn-alış servisinə xeyli geniş imkan yaradır və gələcəkdə Azərbaycanda elektron ticarətin inkişafına yardım edir.

Azərbaycan Beynəlxalq Bankı hələ 2007-ci ildən Azərbaycanda American Express kartlarının təqdim edilməsi üzrə agentlik funksiyasının yerinə yetirilməsi üçün seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti