...

Azərbaycanın mobil rabitə operatoru Vodafone brendi altında telefonların satışına başlayacaq

Telekommunikasiya Materials 17 Dekabr 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC bazarda Vodafone brendi altında mobil telefonlar təqdim etməyi planlaşdırır. Bunu cümə axşamı "Azerfon" şirkətinin baş direktoru Gido Helbix deyib.

"Biz bu cür aparatların satışına 2010-cu ildə başlamağı planlaşdırırıq", - Helbix deyib.

Aparatların tədarükü "Azerfon"-un Vodafone ilə əməkdaşlıq razılaşması çərçivəsində həyata keçiriləcək.

Bu razılaşmaya əsasən, bu və ya digər ölkədə fəaliyyət göstərən mobil rabitə operatoru aparatlar almaq imkanı əldə edirlər. Vodafone brend aparatları məhsulları sıralarına HTC, Sony Ericsson, Huawei, ZTE kimi istehsalçılar daxildir.

Əvvəlcə verilən məlumata görə, telefonlar yeni Azerfon-Vodafone (3G standartı ilə bağlı xidmətlərin göstərilməsi üçün yaradılıb) brendinin abunə xidmətləri mərkəzləri şəbəkəsində tarif paketi ilə birgə təklif olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti