...

ARDNŞ neft-qaz sahəsinin müəssisələrində geoinformasiya sisteminin tətbiq edilməsini nəzərdən keçirir

Telekommunikasiya Materials 3 Mart 2010 15:02 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "İnteqris" şirkətinin neft-qaz sahəsinin müəssisələrində geoinformasiya sistemi (GİS) tətbiq edilməsinə dair təklifini nəzərdən keçirir. Bu barədə Şirkətin məlumatında deyilir.
ARDNŞ neft-qaz sahəsinin müəssisələrində geoinformasiya sisteminin tətbiq edilməsini nəzərdən keçirir

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir H.Vəliyev/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "İnteqris" şirkətinin neft-qaz sahəsinin müəssisələrində geoinformasiya sistemi (GİS) tətbiq edilməsinə dair təklifini nəzərdən keçirir. Bu barədə Şirkətin məlumatında deyilir.

"İnteqris" şirkəti layihələşdirmə, avadanlıqların tədarükü, buraxılış-sazlama işləri, tətbiqi proqram təminatının hazırlanması, təlim, texniki və servis dəstəyi üzrə işlər həyata keçirir. Şirkət müasir vizualizasiya üsulları üzrə informasiya axınlarının hazır şəklə salınması və əks etdirilməsi üzrə proqram-texniki komplekslərin yaradılması və tətbiq edilməsi üzrə ixtisaslaşıb.

ARDNŞ-də GİS-sistemin tətbiq edilməsində əsas məqsəd təbii və antropogen resursların məlumatlarının məsafədən öyrənilməsini tətbiq etməkdən ibarətdir.

Bu gün ARDNŞ-nin ekoloji monitorinq departamenti və ekologiya idarəsi ARDNŞ-nin müəssisələrində ortofotoqrafiya və kartofotoqrafiya yaratmaq üçün fotoqrammetriyanın rəqəmsal texnologiyasının tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

Neft-qaz sahəsinin müəssisələri üçün gərginlik və məsuliyyət obyektlərin (boru kəmərləri, hasil etmə sistemləri, neft bazaları və digər) ərazi bölgüsünün mövcudluğu xarakterikdir. Səmərəli idarə üçün informasiya sistemləri çərçivəsində uzaqda yerləşən obyektlər haqında məlumatın zəruriliyi meydana çıxır. GİS sistemin tətbiq edilməsi məkan informasiyalarının toplanmasına, saxlanılmasına,  hazır şəklə salınmasına, inteqrasiyaya, qərar qəbul etməyə dəstək üçün məsafəli məlumatların istifadəsinə imkan verir.

Xəbər lenti

Xəbər lenti