...

Azərbaycanın mobil rabitə operatoru mobil telefonlara əlavələrin çatdırılması platformalarının üstünlüklərini nəzərdən keçirir

Telekommunikasiya Materials 19 Mart 2010 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" unifikasiya edilmiş platformaların bazasında əlavələrin çatdırılması xidmətinin tətbiq edilməsinin üstünlüklərini nəzərdən keçirir. Bunu "Azercell Telecom" şirkətinin prezidenti Əli Ağan Trend -a deyib.

Onun sözlərinə görə, bu gün Nokia, Apple, Ericsson, Samsung şirkətləri tərəfindən istənilən qurğuda işləmək üçün hazırlanmış əlavələrin yayılmasına imkan verən platformalar yaradılıb. Platforma mobil telefon sahiblərinə müxtəlif əlavələr almağa imkan verir. Bu gün həmin platformaların bazasında yüz minlərlə müxtəlif əlavələr var və onların bir hissəsi pulsuz yayılır.

Həmin platformaların tətbiq edilməsində operator üçün üstünlük müxtəlif istehsalçıların telefonlara və smartfonlara əlavələrin çatdırılması özəl xidmətinin tətbiq edilməsidir. Seçilmiş proqrama görə lazımi məbləğ əvvəlcədən ödənilə (operator tərəfindən quraşdırılmış sxemdən asılı olaraq), yaxud xidmətdən istifadəyə görə abunəçi hesabına daxil ola bilər.

Xəbər lenti

Xəbər lenti