...

Bakıda ATS-lərin tam elektronlaşdırılması ilin ikinci yarısında başa çatacaq - nazir

Telekommunikasiya Materials 9 Aprel 2010 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

Bakıda ATS-lərin tam elektronlaşdırılması ilin ikinci yarısında gözlənilir. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cümə günü Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Nazirin sözlərinə görə, hazırda idarə tərəfindən bir sıra ATS-lərin mərhələli  şəkildə elektronlaşdırılması işləri aparılır. 438/439 saylı ATS-lərin rəqəmsallaşdırılması başa çatdırılıb.

Paytaxtın telekommunikasiya şəbəkəsinin elektronlaşdırılması işlərinin tamamlanma mərhələsi başa çatdıdıqdan sonra yenidənqurma işləri aparılmalıdır, bundan sonra isə paytaxt ATS-lərinin səviyyəsi 100 faizə çatacaq. ATS-lərin yenidən qurulması NGN bazasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti