Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin 49 telekommunikasiya qovşağında 309 taksofondan istifadə olunur. Bunu cümə günü Trend-ə "Aztelekom" mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov deyib.
Taksofonlardan istifadə etməklə telefon rabitəsindən istifadə göndərilən yerli, şəhərlərarası və beynəlxalq zənglərin həyata keçirilməsinə imkan verir. Taksofonlar operatorun həm jeton, həm də plastik kartları ilə işləyir, şəhərlərarası və beynəlxalq istiqamətdə zənglərin həyata keçirilməsinə imkan yaradır.
İsmayılovun sözlərinə görə, taksofonların ümumi sayından 58-i GSM, 90-ı kart, 161-i jetonla işləyən qurğulardır. Operator şəbəkəsində istifadə olunan aparatlar hava və temperatur dəyişikliyinə davamlıdır, aparatın sındırılması, daxilində rütubətin əmələ gəlməsi imkanları sıfıra endirilib.
İstehsalat Birliyinin əsas vəzifələrindən biri taksofonların göstərilən xidmətlərin keyfiyyətini və geniş spektrini təmin edən rentabelli əlverişli telefon rabitəsi kimi statusunun saxlanmasıdır.
Bu gün mobil rabitənin genişlənməsi və dəyərinin azalması taksofon rabitəsinin populyarlığını və gəlirliliyini azaldıb. Əhali GSM taksofonlardan az istifadə edir; belə ki, Azərbaycanda mobil telefon istifadəçilərinin sayı hər il artır. Rəsmi statistikaya görə, Azərbaycanda 7,8 milyondan çox adam, yəni əhalinin sayının 87 faizə qədəri mobil operator abonentləridir.