...

"Teleradio" İB radiorele xətlərinin yenidən qurulması və rəqəmsal televiziya üçün avadanlıqların alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 27 Aprel 2010 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi üç rəqəmsal teleötürücünün alınması və quraşdırılması, Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik intervalında radiorele xətləri avadanlıqlarının quraşdırılması, həmçinin, beynəlxalq televiziya kanallarının yayımı üçün peyk seqmentinin icarəyə verilməsi üzrə tender elan edib. Bu barədə tender komissiyasının məlumatında bildirilir.

Tenderdə iştirakın dəyəri 1 min manatdır. İştirakçılardan sənədlər iyunun 1-i saat 17:00-a kimi qəbul olunur. İştirakçılardan tender təklifləri iyunun 10-na kimi qəbul olunur. Təkliflərin açılması iyunun 11-də "Teleradio" İstehsalat Birliyinin binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti