...

Nar Mobile-dan "500 Canlandıran Dəqiqə" adlı yeni kampaniya

Telekommunikasiya Materials 23 İyun 2010 19:45 (UTC +04:00)
İndi Nar nömrələrini bərpa edən və Nar Mobile şəbəkəsinə qoşulan yeni abunəçilər "500 Canlandıran Dəqiqə" kampaniyası çərçivəsində bonuslar qazanaraq, sərhədsiz ünsiyyət dünyasına qatılmaq imkanı əldə edəcəklər.
Nar Mobile-dan "500 Canlandıran Dəqiqə" adlı yeni kampaniya

Azərbaycan, Bakı, 23 iyun /Trend/

İndi Nar nömrələrini bərpa edən və Nar Mobile şəbəkəsinə qoşulan yeni abunəçilər "500 Canlandıran Dəqiqə" kampaniyası çərçivəsində bonuslar qazanaraq, sərhədsiz ünsiyyət dünyasına qatılmaq imkanı əldə edəcəklər. Kampaniya iştirakçıları ilin sonunadək ölkədaxili zənglər üçün 250 pulsuz dəqiqə, həmçinin videozənglər üçün 250 pulsuz dəqiqə bonus sahibi olacaqlar.

Kampaniyaya qoşulmaq üçün:

- 14.04.2010-cu il tarixinədək Nar nömrələrini istifadə etmiş abunəçilər, balanslarına ən azı 2 AZN yükləyərək bu gözəl imkandan istifadə etmiş olacaqlar. Bu abunəçilər kampaniyaya qoşula biləcəkləri barədə məlumatı öyrənmək üçün *777#502#YES kodunu yığmalıdırlar.

- Kampaniya zamanı Nar Mobile şəbəkəsinə qoşulmuş yeni abunəçilər isə sadəcə *777#500#YES kodunu yığmalıdırlar.

Kampaniya 18.06.2010 - 14.08.2010 tarixindək etibarlıdır.

Ətraflı məlumat əldə etmək üçün www.NarMobile.az saytına müraciət etmək və ya 7775 - İnteraktiv Bələdçi, 777/444 0 777 nömrələrinə zəng vurmaq kifayətdir.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80 faizini əhatə edir. Hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə "Azerfon" MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb. 2009-cu il 2 dekabr tarixində "Azerfon" MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya alıb.

Əlavə məlumatı "Azerfon" MMC-nin saytından (www.narmobile.az) əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti