...

"Bakcell" azərbaycanlı tələbələri sertifikatla mükafatlandırıb

Telekommunikasiya Materials 14 İyul 2010 12:38 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru "Bakcell", Azərbaycanın texniki universitetlərdə təhsil alan 15 tələbəni "Mobil telekommunikasiyaya giriş" üzrə təlim kursunu bitirdiklərinə görə sertifikatla mükafatlandırıb.
"Bakcell" azərbaycanlı tələbələri sertifikatla mükafatlandırıb

Аzərbaycan, Bakı, 14 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru "Bakcell", Azərbaycanın texniki universitetlərdə təhsil alan 15 tələbəni "Mobil telekommunikasiyaya giriş" üzrə təlim kursunu bitirdiklərinə görə sertifikatla mükafatlandırıb.

Bakı Dövlət Universitetinin tələbəsi Ayaz Abdullayev və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Almaz İbrahimova təlim müddətində yüksək göstəricilər əldə etdiklərinə görə, iyulun 20-23-də İtaliyanın Kaqliari şəhərində keçiriləcək "JA gənc işgüzar Avropa" adlı beynəlxalq ticarət sərgisində iştirak etmək imkanı qazanıblar.

Sertifikatların təqdimetmə mərasimində "Bakcell"in baş direktoru xanım İneke Botter təlim kursunu bitirmələri münasibətilə tələbələri təbrik edib.

"Biz ən bacarıqlı 15 tələbə ilə işləməyimizdən çox məmnunuq. Onlar "Bakcell"də "İş təcrübəsi" adlı proqram vasitəsilə telekommunikasiya sahəsində karyera imkanlarını yaxından öyrəniblər. Bu proqram mütəxəssislərin işlərini müşahidə etməyə, onlarla əməkdaşlıq qurmağa və eyni zamanda, telekommunikasiya biznesi haqqında praktik təsəvvür yaratmağa imkan verdi", - deyə xanım Botter bildirib.

"Bakcell" ilə tərəfdaşlığımız sayəsində, "Junior Achievements Azerbaijan" (JAA) Azərbaycan dilində eksklüziv bir məhsul - "Mobil telekommunikasiyaya giriş" adlı praktik əlavə vəsait hazırladı", - deyə JAA təşkilatının icraçı-direktoru Vüsal Xanlarov bildirib.

2009-cu ilin avqustunda "Bakcell" gənclərin işə hazırlıq və işgüzarlıq sahələrində maarifləndirilməsi üzrə dünyanın nüfuzlu təşkilatlarından biri - "Junior Achievements Azerbaijan" təşkilatı ilə birgə yeni proqram təşəbbüsü ilə çıxış etdi. Proqramın məqsədi Azərbaycanın texniki universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələrin "Bakcell"də işə hazırlıq, karyeraya dair təlim və şirkətdə iş təcrübəsi ilə tanış olmasıdır.

Layihədə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü və dördüncü kurslarında təhsil alan 54 tələbə iştirak edib. Layihə tələbələrin işə cəlb olunmaları, işə hazırlıq üzrə təlim, "Mobil telekommunikasiyaya giriş" üzrə təlim, "Yerində iş təcrübəsi" və beynəlxalq ticarət sərgisi daxil olmaqla, 5 mərhələdən ibarətdir.

"Bakcell" və "Junior Achievements Azerbaijan"ın gənclərin işə hazırlığı və işgüzarlıq qabiliyyətlərinin öyrədilməsi müştərək proqramı, həmçinin, "Bakcell"in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com internet səhifəsinə daxil olmaqla və ya 555-ə zəng etməklə ala bilərsiniz.

Qeyri-"Bakcell" abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə, "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti