...

Bakcell Azərbaycan Rabitə Nazirliyinə 3G standartında xiidmətlərin göstərilməsi üzrə lisenziyanın alınması üçün müraciət edib

Telekommunikasiya Materials 16 İyul 2010 18:58 (UTC +04:00)
Azərbaycanın simsiz rabitə operatoru Bakcell Azərbaycanın Rabitə və İnformasiya Nazirliyinə 3G standartında xiidmətlərin göstərilməsi üzrə lisenziyanın alınması üçün müraciət edib.
Bakcell Azərbaycan Rabitə Nazirliyinə 3G standartında xiidmətlərin göstərilməsi üzrə lisenziyanın alınması üçün müraciət edib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın simsiz rabitə operatoru Bakcell Azərbaycanın Rabitə və İnformasiya Nazirliyinə 3G standartında xiidmətlərin göstərilməsi üzrə lisenziyanın alınması üçün müraciət edib. Bu barədə cümə günü şirkətin baş direktoru İnekke Botter bildirib.

Botterin sözlərinə görə, hazırda şirkət nazirlikdən müsbət cavab gözləyir. Müsbət cavabın alınması abonentlər üçün bu xidmətin tətbiqinə zəmin yaradacaq.

Lisenziyanın hökumət tərəfindən müəyyənləşdirilən rəsmi dəyəri 11 min manat təşkil edir.

Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru - Bakcell, Azercell və Azerfon fəaliyyət göstərir. İndiyədək 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir.

Lisenziya alan operatorlar infrastruktura xeyli vəsait qoymalı olacaqlar. Onlar bütün şəbəkə avadanlığını, kommutatorları və baza stansiyalarını modernləşdirməlidirlər.

Xəbər lenti

Xəbər lenti