Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir H.Vəliyev/
"Televiziya və Radio haqqında" Qanunun 15-ci bəndinə uyğun olaraq, ölkənin Milli Televiziya və Radio Şurası (MTRŞ) ixtisaslaşmış mədəniyyət telekanalının açılışı üzrə müsabiqə elan edib. Bu barədə MTRŞ-in məlumatında deyilir.
Telekanalın yayımı Bakı və Abşeron yarımadası ərazisində - 44-cü tezlik resursunda həyata keçiriləcək.
İştirakçılardan tələb olunan sənədlər avqustun 4-dən sentyabrın 4-dək MTRŞ-in inzibati binasında, saat 10:00-dan 18:00-dək (Bakı vaxtı ilə) qəbul olunacaq.
Əlavə məlumatı 598-37-54, 598-32-24 saylı telefonlara zəng etməklə əldə etmək mümkündür.