Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir H.Vəliyev/
Ədliyyə Nazirliyi sənədlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi və vahid informasiya şəbəkəsinin yaradılması üçün IT və kommunikasiya avadanlıqlarının alınması üzrə tender elan edib. Bu barədə idarənin tender komissiyasının məlumatında deyilir.
Tender "Ədliyyə sisteminin modernləşdirilməsi" layihəsi çərçivəsində keçirilir və pilot məhkəmə müəssisələri, ədliyyə strukturları və məhkəmə-hüquq birliyi üçün nəzərdə tutulub.
İştirakçılardan təkliflər 30 sentyabr saat 15:00-dək qəbul olunur. Tender təkliflərinin açılışı elə həmin gün saat 15:10-da keçiriləcək.
510-85-60 nömrəli telefonla tender haqqında daha ətraflı məlumat almaq olar.