...

Mail.Ru Azərbaycan üçün xüsusi servislər hazırlayır – portalın vitse-prezidenti

Telekommunikasiya Materials 19 Avqust 2010 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Q.Vəliyev/

Azərbaycan Mail.Ru portalı istifadəçilərinin sayına görə, keçmiş SSRİ ölkələri arasında beşinci yeri tutur. Bu barədə Trend-ə cümə axşamı vitse-prezident Aleksey Katkov deyib.

Onun sözlərinə görə, hər həftə Azərbaycandan olan 500 mindən çox istifadəçi mail.ru portalından yararlanır.

"Mail.Ru şirkətinin MDB ölkələrinə çıxış üzrə ciddi planları var. Onların bəziləri üçün artıq [email protected], [email protected], Ptuş[email protected], А[email protected] və s. kimi layihələrimizin lokal versiyaları yaradılıb. Azərbaycanın internet-bazarı bizim üçün maraqlıdır və gələcəkdə Azərbaycan üçün də servislərimizin xüsusi versiyalarını hazırlamaq niyyətindəyik", - Katkov bildirib.

Bu yaxınlarda Mail.Ru Qazaxıstan və Belarus üçün [email protected] layihəsinin xüsusi versiyasını təqdim edib.

[email protected] layihəsi eyni vaxtda müxtəlif mənbələrdən (telekanallar, radiostansiyalar, qəzetlər, informasiya agentlikləri) daxil olan böyük sayda informasiya əsasında təsvirini yaradır. Qazaxıstan üçün bu, "Kazinform", "Kazakhstan Today", "RİA Novosti-Qazaxıstan" və s. Belarus üçün "BELТА", "BelaPAN", "Yejednevnik", "Goals.by" və s.

[email protected] layihəsinin menecerləri real vaxt rejimində informasiya axınını dublikatının olmasına görə yoxlayırlar, bu və ya digər mövzu ilə bağlı daha dolğun materialı seçirlər.

Xəbər lenti

Xəbər lenti