...

Azərbaycan internet-provayderlərinin beynəlxalq rabitə kanallarının icarəsinə olan xərcləri 40 faizə qədər azalıb - ekspert

Telekommunikasiya Materials 1 Sentyabr 2010 17:15 (UTC +04:00)

Аzərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H.Vəliyev/

İlkin provayder Delta Telecom-un beynəlxalq rabitə kanallarının icarəsinə tariflərin növbəti endirimi internet-xidmət bazarında cüzi şəkildə əks oluna bilər. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan İnternet-Qrupun sədri Qalib Qurbanov bildirib.

Qurbanovun fikrincə, Azərbaycan internet-seqmentinin inkişafı üçün əsas faktor təkrar provayderlər üçün telekommunikasiya xidmətlərinə qoyulan yüksək tariflərdir.

"Bu gün provayderlərin əsas xərcləri telekommunikasiya və transmissiya xidmətlərinə istiqamətlənib. İnternet-xidmətlərdə maksimal dərəcədə aşağı tariflərə nail olmaq üçün beynəlxalq kanalların icarəsinə tarifləri aşağı salmaq lazımdır", - o deyib.

Bununla yanaşı, internet-qrupun sədri bir faktı da qeyd edib ki, son illər əsasən kanalların icarəsinə gələn provayderlərin əsas xərcləri 60 faizdən 40 faizə endirilib.

Xəbər lenti

Xəbər lenti