...

"Kiçik Sahibkarlığın İnkişafı" İB Azərbaycanın elektron ticarət sistemində tərəfdaşlıq proqramını tətbiq edir

Telekommunikasiya Materials 8 Sentyabr 2010 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Kiçik Sahibkarlığın İnkişafı və Stimullaşdırılması" İctimai Birliyi "sizinmarket.az" elektron ticarət sistemində tərəfdaşlıq proqramının (affiliate program) tətbiqinə başlayır. Bu barədə Trend-ə çərşənbə günü birliyin rəhbəri Aqil Babayev bildirib.

Babayevin sözlərinə görə, bu istiqamətdə işlərin yaxın iki ay ərzində başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədi sahibkarlara elektron resurslar, şirkətlərin virtual nümayəndəliklərinin yaradılması, elektron ticarətin inkişafında dəstək verilməsi vasitəsilə kömək göstərməkdir.

"Affiliate program" AzNET seqmentində tərəfdaşlığın yeni növüdür. Burada tərəfdaş (tərəfdaş proqramında qeydiyyatdan keçən şəxs və ya onun veb-resursu) alıcı və mal satıcısı və ya xidməti arasında vasitəçi qismində çıxış edir və göstərilən vasitəçilk xidmətlərinə görə komisyon haqqı alır.

Tərəfdaşlıq proqramına daxilolma və iştirak tərəfdaşlıq proqramında qeydiyyatdan, tərəfdaşlıq proqramında daxili xüsusi hesabın açılmasından və fərdi tərəfdaşlıq istinadının alınmasından başlayır. Müştəri bu istinadın üzərinə vurmaqla satıcının veb-saytına keçir. Satıcının məlumatlar bazasına müştərinin məhz tərəfdaşlıq istinadı ilə girməsi haqqında qeydiyyat daxil edilir. Tərəfdaşlıq istinadı ilə gələn müştəri alış edirsə və ya xidmət sifariş edərək ödəniş edirsə, tərəfdaşın xüsusi hesabına (satıcının məlumatlar bazasında) komisyon haqqı köçürülür. Tərəfdaş qazanılan məbləği tərəfdaş proqramındakı daxili hesabından əlverişli üsulla çıxarır.

Xəbər lenti

Xəbər lenti