...

.az domen zonasında internet-resursların sayı 0,89 faiz artıb

Telekommunikasiya Materials 15 Sentyabr 2010 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir H.Vəliyev/

az milli domen zonasında 10 164 internet-resurs qeydə alınıb. Xəbəri "WHOIS" resursu yayıb.

az milli domen zonasında qeydə alınan internet-resursların sayının artması üçüncü rübdə 0,89 faiz təşkil edib ki, bu da ikinci rübün göstəricisindən 1,81 faiz, birinci rübdən isə 5,91 faiz azdır.

Ümumiyyətlə, ilin əvvəlindən .az zonasında qeydə alınan resursların sayının artması 9,5 faiz təşkil edib.

Qeydə alınan saytların ümumi sayından 9244 ədəd domendə birinci səviyyəli qeydə alınan resursların payına düşür. İkinci səviyyəli daha populyar domen .com.az sayılır. Orada 535 sayt qeydə alınıb. .edu.az domen zonasında qeydə alınan internet resursların sayı 92 sayt təşkil edir.

İlk iki rübdə .gov.az dövlət domen zonasında qeydə alınan resurslar üzrə statistika bu dəfə istifadədən kənardır. İkinci rübdə bu göstərici 61 ədəd təşkil edir.

Dünya statistikasına əsasən, dünyada aktiv domen adların ümumi sayı (sentyabrın 15-nə olan vəziyyətə görə) 122 680 172 ədəd təşkil edir. Ən çox dolu zona .com hesab edilir. Orada indi 89 699 804 internet resurs aktivdir. İkinci yerdə .net-dir. Onun domenində 13 337 573 aktiv ad var. Üçüncü yerdə .org-dur. Orada 8 730 421 sayt var.

az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. Ukrayna postsovet ölkələri arasında .ua domeninə (1992-ci il) malik ilk ölkə olub. .ru zonası 7 aprel 1994-cü il tarixdə qeydə alınıb, elə həmin ildə keçmiş SSRİ respublikalarına məxsus digər ünvan zonalarının çoxu qeydə alınıb.

az domenində qeydiyyatın dəyəri 20 manata bərabərdir. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

Xəbər lenti

Xəbər lenti