...

Azərbaycanlı müəllimlər "İntel" təlimində iştirak edəcəklər

Telekommunikasiya Materials 22 Sentyabr 2010 14:08 (UTC +04:00)
Azərbaycanlı müəllimlər elektron mühitin təşkili üzrə "İntel" təlimində iştirak edəcəklər. Bu barədə çərşənbə günü Azərbaycan Təhsil Nazirliyindən verilən məlumatda deyilir.
Azərbaycanlı müəllimlər "İntel" təlimində iştirak edəcəklər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanlı müəllimlər elektron mühitin təşkili üzrə "İntel" təlimində iştirak edəcəklər. Bu barədə çərşənbə günü Azərbaycan Təhsil Nazirliyindən verilən məlumatda deyilir.

Təlimlər 27 sentyabrdan 1 oktyabradək Moskvada keçiriləcək "İntel"in Azərbaycanın da iştirak etdiyi "Bir şagird - bir kompüter" qlobal layihəsi çərçivəsində təşkil olunacaq.

Təlimin məqsədi - məktəbdə müxtəlif subyektlər qrupunun (şagirdlər, valideynlər, müəllimlər, məktəb administrasiyası) maraqlarını nəzərə almaqla məktəbdə təhsil prosesinə "Classmate PC" məktəb noutbukunun tətbiqini modelləşdirməkdir. Təlim "Bir şagird - bir kompüter" elektron təhsili modeli üzrə yeni işə başlayan və informasiya texnologiyaları sahəsində baza biliklərinə malik müəllimlər üçün nəzərdə tutulub.

Azərbaycanlı müəllimlər Azərbaycan Təhsil Nazirliyi və "İntel" korporasiyası arasında imzalanmış qarşılıqlı anlaşma haqqında memorandum çərçivəsində "İntel"in təşəbbüslərində iştirak edirlər. "Bir şagird - bir kompüter" layihəsi, öz növbəsində, 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti