...

"Bakcell"in aktiv abunəçilərinin sayı iki milyona çatıb

Telekommunikasiya Materials 23 Sentyabr 2010 11:44 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC-nin aktiv abunəçilərinin sayı iki milyona çatıb. Bu barədə cümə axşamı "Bakcell" şirkətinin baş direktoru İnekke Botter məlumat verib.
"Bakcell"in aktiv abunəçilərinin sayı iki milyona çatıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC-nin aktiv abunəçilərinin sayı iki milyona çatıb. Bu barədə cümə axşamı "Bakcell" şirkətinin baş direktoru İnekke Botter məlumat verib.

Botterin sözlərinə görə, bu gün "Bakcell" şirkətinin şəbəkə infrastrukturu 3,5 milyon abunəçiyə xidmət göstərməyə imkan verir.

Şirkətin şəbəkəsində iki min baza stansiyası fəaliyyət göstərir ki, bu da respublikanın 98,7%-ni əhatə edir. Ümumilikdə, qoyulan sərmayələrin hesabına "Bakcell"in şəbəkə infrastrukturlarının gücü dördqat artıb.

İstismara verilən yeni baza stansiyaları daha funksionaldır və ən son texnikaya uyğundur. Telekommunikasiya avadanlıqlarının tədarükçüləri kimi "Nokia-Siemens Networks", "Huawei Technologies", "Alcatel" və "Cisco" şirkətləri çıxış edir.

"Bakcell" şirkətinin texniki direktoru Kristian Vasilkanın sözlərinə görə, respublikanın übütn ərazisində EDGE texnologiyaları ilə məlumatların ötürülməsi 200 kbit/saniyə təşkil edir, gələn aydan isə abunəçilər multimedia kontentin yollamaları xidmətindən yararlana biləcəklər. Bu gün şirkət üçüncü nəsil (3G) rabitə standartlarının tətbiqi üzrə iş aparır.

"Bakcell"in texniki direktorunun sözlərinə görə, bu gün mobil rabitə bazarında şirkətin payı 34 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti