...

"Azeronline" yeni loqosunu təqdim edib

Telekommunikasiya Materials 30 Noyabr 2010 17:50 (UTC +04:00)
Noyabrın 23-26-da Bakıda "BakuTel 2010" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı keçirilib.
"Azeronline" yeni loqosunu təqdim edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Noyabrın 23-26-da Bakıda "BakuTel 2010" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı keçirilib. Sərgi iştirakçılardan olan "Azeronline" şirkəti tədbirin ikinci günündə özünün yeni korporativ simasını da təqdim edib.

Çiçək şəklinə bənzədilən yeni loqo şirkətin gələcəyə baxışını, məqsəd və prioritetlərini vizual şəkildə təsvir edir. Çiçəyin hər ləçəyində "Azeronline" şirkətinin təqdim etdiyi xidmətlərin üstünlüyünü ifadə edən şüarlar yer alıb.

Müştərilərini sürətli və keyfiyyətli internetlə təmin edən "Azeronline" sabit və güvənli xidmət göstərir. Hər bir istifadəçinin rahat və sərfəli şəkildə internetə çıxışını təmin edən "Azeronline" inkişafdan da qalmır. İşini daim təkmilləşdirən, fəaliyyətində son texnoloji nailiyyətləri tətbiq edən şirkət həm əhatə dairəsini, həm də təqdim etdiyi xidmətlərin dairəsini genişləndirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti