...

Bakıda "Azərbaycanda kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı keçiriləcək

Telekommunikasiya Materials 1 Dekabr 2010 12:37 (UTC +04:00)
Dekabrın 3-də Bakıda "Azərbaycanda kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı keçiriləcək.
Bakıda "Azərbaycanda kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı keçiriləcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Dekabrın 3-də Bakıda "Azərbaycanda kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı keçiriləcək.

Konfransın təşkilatçıları Azərbaycan Teleradio Yayım Şurası və Azərbaycan Kabel Operatorları Assosiasiyasıdır. Tədbirdə iştirak etmək üçün dövlət strukturlarının nümayəndələri, teleşirkətlərin, Azərbaycanın kabel televiziyası və aparıcı informasiya agentliklərinin rəhbərləri, eləcə də Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə və bəzi digər ölkələrin kabel televiziyaları assosiasiyalarının nümayəndələri dəvət olunublar.

Konfransda ölkəmizdə kabel televiziyasının inkişafı məsələləri, bu sahədə inkişafın perspektiv planları müzakirə olunacaq. Eləcə də bu yaxınlarda yaradılan Azərbaycan Kabel Operatorları Assosiasiyasının təqdimatı keçiriləcək.

Konfransın gedişində iştirakçılar tərəfindən Avrasiya telekommunikasiya assosiasiyasının yaradılmasına dair niyyət memorandumunun imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti