...

Azərbaycanın Rabitə Nazirliyi genişzolaqlı İnternet strategiyasını hazırlayıb – Əli Abbasov

Telekommunikasiya Materials 14 Dekabr 2010 15:24 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda genişzolaqlı İnternet strategiyasını işləyib hazırlayıb. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Azərbaycanın Rabitə Nazirliyi genişzolaqlı İnternet strategiyasını hazırlayıb – Əli Abbasov

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda genişzolaqlı İnternet strategiyasını işləyib hazırlayıb. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Söhbət 2011-2013-cü illərdə regionlarda genişzolaqlı İnternetin inkişafı konsepsiyasından gedir. Bu konsepsiya ondan istifadə imkanlarının genişləndirilməsi və son istifadəçi üçün daha əlverişli edilməsi məqsədi daşıyır.

Abbasovun sözlərinə görə, bu gün Azərbaycanda genişzolaqlı İnternetin yayılma səviyyəsi 12 faizə çatır ki, bu da dünyadakı orta göstəriciləri ikiqat üstələyir.

"Azərbaycanda İnternetdən istifadə bütün ərazilərdə mümkündür, İnternetin hazırkı qiymətləri isə Şərqi Avropada mövcud olan tariflərə uyğundur. Bu gün əsas məqsədimiz informasiya-kommunikasiya texnologiyaları sektorunun daha da inkişaf etməsidir ki, buna yaxın perspektivdə nail olmaq fikrindəyik ", - nazir bildirib.

Son il yarım ərzində Azərbaycanda İnternet tarifləri orta hesabla səkkiz-doqquz dəfə aşağı salınıb. Bu gün 1 Mbit/s sürətlə ADSL xidmətlərinə qoşulmanın qiyməti 20 manat təşkil edir.

Nazirliyin genişzolaqlı İnternetin inkişafı üzrə yeni strategiyası tariflərin azaldılmasını və təklif olunan tarif planlarının, ilk növbədə dövlət İnternet provayderlərinin sayının artırılmasını nəzərdə tutur. Nazirliyin yeni strategiyası, həmçinin operatorların telekommunikasiya qovşaqlarında yeni DSLAM avadanlıqlarının quraşdırılması yolu ilə genişzolaqlı İnternet portlarının sayının artırılmasını da nəzərdə tutur.

Dekabrın 14-də rəsmi məzənnə 0,7987 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti