...

"Bakcell Stars"la uşaqlar öz arzularını reallaşdırırlar (FOTO)

Telekommunikasiya Materials 3 Mart 2011 19:18 (UTC +04:00)
Azərbaycanda ilk mobil operator olan Bakcell bəyan edir ki, özünün "Bakcell Stars" korporativ sosial məsuliyyət proqramı çərçivəsində qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti böyük tədbirini keçirib.
"Bakcell Stars"la uşaqlar öz arzularını reallaşdırırlar (FOTO)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycanda ilk mobil operator olan Bakcell bəyan edir ki, özünün "Bakcell Stars" korporativ sosial məsuliyyət proqramı çərçivəsində qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti böyük tədbirini keçirib. Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə birlikdə hazırlanmış "Mənim əlvan arzularım" adlanan tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət rəsm və foto sərgisi nümayiş olunub, onların ifasında rəqs və tamaşa təqdim edilib.

"Bakcell Stars"ın UAFA ilə birgə həyata keçirdiyi layihədə iştirak edən 60-a yaxın əlilliyi olan uşaq ailə üzvləri və dostları qarşısında öz bacarıqlarını nümayiş etdirib. Uşaqları dəstəkləmək və onların yaradıcı işləri ilə tanış olmağa gələnlər arasında yerli və beynəlxalq uşaq təşkilatları, səfirliklər, biznes şirkətləri və hökumət qurumlarının nümayəndələri də var idi.

Bakcell-in Korporativ əlaqələr şöbəsinin rəhbəri Pərvanə Məmmədova uşaqları, onların valideynlərini, müəllimləri və tədbirə qatılan qonaqları salamlayaraq bunları söyləyib: "Bakcell olaraq biz inanırıq ki, hər bir uşağın arzusu reallaşa bilər. Bunun üçün biz onlara lazımı imkanları yaratmalıyıq. Əlilliyi olan uşaqların incəsənət vasitəsilə öz arzularını çatdırması və bunu başqaları ilə bölüşməsinə şərait yaratmaq bizə böyük məmnunluq hissi verir. Bu, uşaqların özünü ifadə etməsi üçün çox vacib təcrübədir".

UAFA və Bakcell "Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması" layihəsini 2010-cu ilin fevralından həyata keçirir. Layihə çərçivəsində 60 fiziki və əqli cəhətdən qüsurlu uşaq rəqs, rəsm və foto dərslərində iştirak edib. Bu fəaliyyətlərdə iştirak nəticəsində uşaqların fiziki, intellektual və sosial bacarıqlarının inkişaf etdirilməsində xeyli irəliləyiş olub.

UAFA təşkilatının direktoru xanım Qven Börçel əlilliyi olan uşaqlar üçün layihəyə dəstək göstərdiyinə görə Bakcell-ə təşəkkürünü bildirib: "Bakcell-in xoş məramı və dəstəyi bir çox uşağın həyatına rəng qatıb və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətin xüsusi bacarıqlı üzvlərinə çevrilməsi üçün böyük imkanlar yaradıb. Bakcell-in həyata keçirdiyi sosial məsuliyyət strategiyası əlilliyi olan uşaqlara qarşı cəmiyyətdə mövcud olan yad münasibətin aradan qaldırmasında əvəzsiz rol oynayır".

Tədbirin sonunda Bakcell UAFA-nın əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin davam etdirməsinə dəstək məqsədilə SMS kampaniyasını elan edib. İki həftə davam edəcək kampaniyada Bakcell abunəçiləri 1155 qısa nömrəsinə SMS göndərib və ya həmin nömrədən gələn SMS-ə cavab yazmaqla layihəyə 1 AZN və ya 450 kontur bağışlaya bilərlər. Toplanan vəsait bütünlüklə UAFA təşkilatına təqdim olunacaq.

Azərbaycana Birgə Yardım (UAFA) 1998-ci ildə təsis edilib və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət edir. Təşkilatın əsas məqsədi əlilliyi olan uşaqlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək və Azərbaycan hökumətinin dövlət uşaq müəssisələrində olan uşaqların sayının azaldılmasına yönəldilmiş deinstitutlaşdırma islahatına dəstək verməkdir.

"Bakcell Stars" proqramı və Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün http://www.bakcell.com/newsroom/az/partners_news// səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti