...

Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balacaları təbrik edib (FOTO)

Telekommunikasiya Materials 2 İyun 2011 11:48 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti bayramları qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd etməyi artıq ənənəyə çevirib. Bu dəfə Bakcell şirkəti Suraxanı rayonu 7 saylı xüsusi internat məktəbinin uşaqlarına bayram sevinci bəxş edib.
Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balacaları təbrik edib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti bayramları qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd etməyi artıq ənənəyə çevirib. Bu dəfə Bakcell şirkəti Suraxanı rayonu 7 saylı xüsusi internat məktəbinin uşaqlarına bayram sevinci bəxş edib.

İyunun 1-də keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri ANS Press Nəşriyyat Evinin, "Bala Dili" və "Elli" uşaq jurnallarının təşəbbüsü ilə təşkil edilib. Bu təşəbbüsə Bakcell şirkəti "Bakcell Stars" Korporativ Sosial Məsuliyyət proqramında iştirak edən uşaqlarla birgə qoşulub. Bakı SOS Uşaq Kəndindən "Bakcell Stars" uşaq xoru və Bakı SOS Qızlar üçün Gənclər Evinin rəqs qrupu Suraxanı İnternat Məktəbinin uşaqları qarşısında maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Suraxanı İnternat Məktəbinin direktoru Qabilə Bağırova uşaqların adından Bakcell şirkətinə və ANS Nəşriyyat Evinə bu cür əyləncəli tədbirin təşkil edilməsinə görə dərin minnətdarlığını bildirib. SOS uşaq xoru və rəqs qrupunun gözəl çıxışlarından heyrətləndiyini qeyd edın Qabilə xanım deyib: "Bu cür tədbirlər bizim uşaqlar üçün maraqlı təcrübədir. Uşaqlar bir-birləri ilə ünsiyyətdə olur, deyir-gülür, əylənir, özlərinə yeni dostlar tapır və ən əsası özlərini cəmiyyətin üzvləri kimi hiss edirlər".

Uşaqları bayram münasibətilə populyar müğənnilər və klounların iştirakı ilə əyləncəli çıxış nümayiş etdirən "Körpəm" Uşaq Teatrı da təbrik edib. Uşaqlar arasında ən yaxşı rəqs və şeir üzrə müsabiqə keçirilib. Bayram tədbirində iştirak edən hər bir uşağa Bakcell şirkəti tərəfindən xüsusi hədiyyələr, eləcə də "Bala Dili" və "Elli" jurnalları təqdim olunub. Daha sonra uşaqlar "Bakcell Stars" KSM proqramı çərçivəsində həyata keçirilən "İnkişaf və İştirak üçün İdman" layihəsinin icraçısı Sosial Xidmətlər Təşəbbüsü təşkilatının idman müəllimləri tərəfindən təşkil edilmiş və açıq havada keçirilən idman oyunlarında iştirak ediblər.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bakcell şirkəti həmçinin "Parents" beynəlxalq valideyn və ailə jurnalı ilə birgə aksiya keçirib. Bakının Fəvvarələr meydanı, Nizami küçəsi və Sahil bağı kimi yerlərində Bakcell şirkətinin əməkdaşları və bir qrup könüllü tələbə uşaqlara bayram hədiyyələri və valideynlərə "Parents" jurnalları paylayıblar. Jurnalın baş redaktoru Süheylə Cəfərova uşaqların sağlamlığının müdafiəsinin valideynlər üçün ən böyük vəzifələrindən biri olduğunu bildirib: "Biz düşündük ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ən yaxşı hədiyyələrdən biri də valideynlərin sevə-sevə oxuduqları jurnalı onlara hədiyyə etməkdir. Belə bir aksiyani təşkil etdiyinə görə Bakcell şirkətinə minnətdarıq".

Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer də bütün uşaqları bayram münasibəti ilə təbrik edib: "Uşaqlar gələcəyimizin qurucularıdır. Bunu nəzərə alaraq, biz hər bir günü uşaqlar üçün bayrama çevirməliyik. Buna görə də biz "Bakcell Stars" Korporativ Sosial Məsuliyyət proqramımız vasitəsilə cəmiyyətimizin xoşbəxt gələcəyini qurmağı işimizin ən vacib istiqamətlərindən biri hesab edirik".

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

"Parents" Azərbaycanda ilk və yeganə lisenziyalı beynəlxalq valideyn və ailə jurnalıdır. Jurnal sağlamlıq, qidalanma, davranış, psixologiya, uşağa qulluq və s. daxil olmaqla körpə inkişafının bütün aspektlərini, həmçinin qadın sağlamlığı, hamiləlik, ailə büdcəsi, gözəllik, dəb və digər maraqlı mövzuları işıqlandırır. Jurnalın nəşrinə Azərbaycan Pediatrlar Assosiasiyası dəstək verir. "Parents" jurnalının baş ofisi ABŞ-nın Nyu-York şəhərində yerləşir. Müəlliflik hüququ bu ölkənin "Meredith" korporasiyasına məxsusdur.

Xəbər lenti

Xəbər lenti