...

Azərbaycanın ilkin provayderi IPv6 protokoluna keçib

Telekommunikasiya Materials 22 İyun 2011 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilkin provayderi - "Delta Telekom" şirkətinin şəbəkə infrastukturu IPv6 protokoluna keçib. Bu barədə çərşənbə günü Trend-ə şirkətin baş direktoru Ramazan Vəliyev deyib.

Vəliyevin sözlərinə görə, şirkət artıq Tier1 iri operatorlarla yanaşı, yeni protokola keçib.

Yeni protokola keçid IP ünvanların çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayır.

Vəliyevin sözlərinə görə, "Delta Telecom" şirkəti tərəfindən 4,2 milyard IP ünvan alınıb. Bu sayda IP ünvanların alınması şirkətin artmaqda olan rolu ilə bağlıdır. Şirkətin infrastukturu hazırda region ölkələrinə internet xidmətlərinin göstərilməsinə cəlb edilib. Xüsusilə, operatorun şəbəkəsi internet xidmətlərinin İran və İraqa çatıdılmasına cəlb edilib.

"Yeni protokola keçid sayt və digər resursların, kontentin yaradılması üçün IP ünvanlarda çatışmazlıq hiss edən bilavasitə son istifadəçilərə aid olacaq. Bu, istifadəçilərə bir yox, bir neçə IP ünvan təqdim etməyə imkan verəcək. IPv4 protokoluna gəldikdə, o, yeni IPv6 protokolu ilə paralel istifadə olunacaq. Bu, təkcə Azərbaycan üçün deyil, həm də dünyanın bütün ölkələri üçün xaarkterikdir. Güman edirəm ki, köhnə protokol bazarda daha 3-4 ilə qalacaq", - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın internet servis provayderlərinin yeni protokola keçidi könüllüdür. Bununla belə, "Delta Telecom" şirkətin infrastukturundan istifadə edən provayderlərə yeni protokola keçid zamanı kömək edəcək.

Xəbər lenti

Xəbər lenti