...

"Azeronline" yüksəksürətli internet təklif edir

Telekommunikasiya Materials 5 İyul 2011 15:19 (UTC +04:00)
"Azeronline" şirkəti Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsinə başlayıb.
"Azeronline" yüksəksürətli internet təklif edir

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Azeronline" şirkəti Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsinə başlayıb.

Artıq iyun ayında paytaxtdakı "Grand Park" şəhərciyinin yüksəksürətli internetə qoşulması üzrə kommersiya layihəsinin istismarına başlanılıb.

Layihə çərçivəsində istehlakçılar FTTH (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar. Bu texnologiya sayəsində internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir. Nəticədə hətta 100 Mb/s sürətli internet üçün etibarlı qoşulma təmin edilir.

"Azercell"ə aid olan "Azeronline" şirkəti hazırda GPON avadanlığının sınaq testlərini yekunlaşdırmaq üzrədir. Bu üsuldan istifadə olunması yüksək sürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.

FTTH layihəsinin qısa müddət ərzində tətbiqinə baxmayaraq, artıq bu xidmət istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. "Azeronline" şirkəti də öz növbəsində yaşayış komplekslərinin və biznes mərkəzlərinin optik lifli şəbəkələrə qoşulmasına hazır olduğunu bəyan edib. Yüksəksürətli internet arzusunda olanlar məsələ ilə bağlı fasiləsiz işləyən (012) 490 49 94 nömrəsinə günün istənilən saatında müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti