...

Azərbaycanın Rabitə Nazirliyi "Azerspace" peykinin tutumlarının icarəsi şərtlərini razılaşdırıb

Telekommunikasiya Materials 13 İyul 2011 14:10 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin ilk telekommunikasiya peyki "Azerspace"in tutumlarının icarəsi şərtlərini razılaşdırıb.
Azərbaycanın Rabitə Nazirliyi "Azerspace" peykinin tutumlarının icarəsi şərtlərini razılaşdırıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin ilk telekommunikasiya peyki "Azerspace"in tutumlarının icarəsi şərtlərini razılaşdırıb. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan kosmik aparatın resurslarının 50 faizindən çoxunu satmaq fikrindədir.

Abbasovun sözlərinə görə, peykin buraxılması layihəsi üzrə işlər plana uyğun gedir. İş qrafikinə uyğun olaraq, "Azerspace" 2012-ci ilin dördüncü rübündə orbitə çıxarılacaq.

Həmçinin, nazirn sözlərinə görə, məsafədən zondlama, xəritəçəkmə işləri, geoloji tədqiqatlar və s. üçün fəaliyyət göstərəcək ikinci aşağı orbital peykin buraxılışı layihəsinin həyata keçirilməsi üzrə tədqiqat işləri aparılır.

Layinhnin maliyyə və təşkilati məsələləri ilə Azərbaycanın Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Kosmik Şura məşğul olur.

"Azerspace" peykinin tikintisinin dəyəri 120 milyon dollar təşkil edir. Bunun 85 faizi Azərbaycan tərəfinə "US Ex-Im" krediti kimi veriləcək, qalan 15 faiz isə dövlət büdcəsi hesabına ödəniləcək.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspace" şirkəti məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti