...

"Azercell"in dəstəyi ilə "Gənc Mühəndislərin Yay Məktəbi" keçirilib

Telekommunikasiya Materials 15 İyul 2011 13:28 (UTC +04:00)
İyulun 1-8-də universitet tələbələri üçün "Gənc Mühəndislərin III Yay Məktəbi" keçirilib.
"Azercell"in dəstəyi ilə "Gənc Mühəndislərin Yay Məktəbi" keçirilib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İyulun 1-8-də universitet tələbələri üçün "Gənc Mühəndislərin III Yay Məktəbi" keçirilib. Xəzər Mühəndisləri İctimai Birliyinin Qafqaz Universiteti ilə birgə təşkil etdiyi bu təlimə Azərbaycanda və xaricdə təhsil alan 24 tələbə qatılıb.

"BP Azərbaycan" şirkətinin sponsorluğu və "Azercell"in dəstəyi ilə keçirilən yay məktəbində geoloji araşdırma metodları, neft ixracı və emal texnologiyaları, alternativ enerji istehsalı üsulları, informasiya texnologiyaları və s. maraqlı mövzular haqqında təqdimatlar baş tutub. Təlim zamanı tələbələrin bir sıra müəssisələrə, o cümlədən "Azercell"ə ekskursiyası da təşkil olunub. Bu zaman gənc mühəndislər şirkətin işi, fəaliyyətində tətbiq etdiyi texnologiyalar, inkişaf strategiyası haqqında geniş məlumat alıblar. Onlar şirkətin mütəxəssisləri ilə görüşüb özlərini maraqlandıran suallara cavab almaq imkanı da qazanıblar.

Yay məktəbinin təlimçiləri sırasında Massaçuses Texnologiya İnstitutu, Moskva Dövlət Universiteti, Oksford Universiteti, Mançester Universiteti, Florida Universiteti, Orta Doğu (Yaxın Şərq) Texniki Universiteti və Boğaziçi Universitetinin məzunları olub. Dərslərdən sonra tələbələr üçün maraqlı sosial proqram da təşkil olunub.

Təlimin sonunda iştirakçılara "Azercell" tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

"Azercell Telekom" MMC təhsilin inkişafı, gələcək peşəkar kadrların yetişdirilməsi işinə xüsusi diqqət ayırır. Artıq neçə illərdir ki, şirkətin təşəbbüsü və dəstəyi ilə istedadlı gənclərin öz ideyalarını reallaşdırmasına imkan verən "Barama" layihəsi uğurla həyata keçirilir. Həmçinin, "Azercell" hər il tələbələr üçün Təqaüd Proqramı da elan edir. Hər il təşkil olunan Karyera Günləri vasitəsilə bir çox bacarıqlı gənclər gələcək iş yeri problemini həll etmiş olurlar.

Xəbər lenti

Xəbər lenti