...

Bakıda "Apple"in yeni servis mərkəzi açılıb

Telekommunikasiya Materials 1 Avqust 2011 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir H.Vəliyev/

"Alma Store" mağazalar şəbəkəsi ("Apple Premium Reseller" firma mağazalarının Azərbaycandakı rəsmi şəbəkəsi) "Apple" şirkətinin dəstəyi ilə Bakıda yeni dəstək mərkəzi açıb. Bu barədə bazar ertəsi Trend-ə şirkətin baş icraçı direktoru Ramin Musayev deyib.

Musayevin sözlərinə görə, yeni mərkəzdə "Apple"in bütün məhsullarına (masaüstü və portativ kompüterlər, pleyerlər, smartfonlar və s.) dəstək göstərilir.

"Servis mərkəzlərinin genişləndirilməsində əsas məqsəd müştərilər üçün rahatlığın yaradılmasıdır. Bakı şəhərinin mərkəzi küçələrinin birində yerləşən yeni mərkəz istehlakçılar üçün kiçik treninqlər keçirməyə də imkan verir. İstehlakçılar eyni zamnda orada "Apple" texnikasını və öz qurğuları üçün müxtəlif aksessuarlar ala bilərlər", - Musayev bildirib.

Onun sözlərinə görə, yeni mərkəz say etibarilə üçüncüdür. O, digər iki mərkəzdən fərqli olaraq, dəstək və servis xidmətinə yönəlib. Bakıda açılan mərkəzin "Apple" şirkətinin avtorizə edilmiş servis mərkəzi statusu da var.

Xəbər lenti

Xəbər lenti