Azərbaycan, Bakı, 2 avqust /Trend/
"Ailə TV" Azərbaycanda inkişaf edən kabel operator televiziyalardan biridir. Bu Azərbaycanda ilk kabel operatorudur ki, müştərilərə təqdim edilmiş yayım şəbəkəsi tamamilə yeni texnologiya olan fiber-optik xətlərlə təmin edilib. Yüksək texnologiyaya əsaslanaraq "Ailə TV" brendi altında kabel operator televiziyasi, müştərilərə analoq və rəqəmsal yayım paketləri təqdim edir ki, bu paketlərdə də abunəçilər yerli və xarici kanallara baxa bilərlər. "Ailə TV" analoq yayımda müştərilərə 65, rəqəmsal yayımda isə 155-dən artıq yerli və xarici kanallar təklif edir. Rəqəmsal yayım müxtəlif paketlərdən təşkil olunub ki, burada da sadə rəqəmsal və həmçinin HD kanallara baxmaq imkanı vardır.
Bununla yanaşı rəqəmsal sistem son nəsil televizorlarda CAM modulların quraşdırılması və heç bir avadanlıq alınmadan rəqəmsal yayımı izləmək imkanlarını özündə birləşdirir. "Ailə TV" rəqəmsal yayımda müştərilərin istifadəsinə müxtəlif yayım paketləri (Ailə +;Sport; Sport+; Kino; Lig TV; Xarici; və s) də təqdim edir ki, bu da onların hər birinin zövqünün təmin edilməsində mühüm rol oynayır. Həmçinin "Ailə TV" müştərilərə 20 radiokanalı pulsuz dinləmə imkanı da verir. "Ailə TV" bir çox xidmətləri özündə birləşdirməklə öz abonentlərinə bir sıra sahələrə aid olan məhsullar da təqdim edir. Bu məhsullardan biri də Azərbaycanda fiber-optik texnologiya əsasında "Ailə Net" internet xidmətlərinin göstərilməsidir. "Ailə NET" xidməti artıq Bakı şəhərinin Nizami və Xətai rayonlarında test rejimində abonentlərin istifadəsinə verilib. Bildrimək lazımdır ki, bu layihənin Azərbaycanda hələ ki, analoqu yoxdur. Bu layihə əsasında abunəçilər birbaşa olaraq mənzillərində fiber-optik kabellər vasitəsilə internet əldə etmək imkanına malikdirlər. Digər provayderlərdən fərqli olaraq "Ailə Net" abunəçilərə 1 mbit\s -dən 100 mbit\s -ə qədər yüksək sürətli internet xidmətləri göstərmək imkanına malikdir. Qiymət siyasətində də "Ailə TV" tam bir yenilik tətbiq edir və abunəçilərə fərqli qiymətlər təklif edir. Belə ki, "Ailə TV"-nin abunəçiləri üçün 1 mbit\s sürətli internet 13 manata təqdim olunur.
Bundan başqa "Ailə TV" kabel operator şirkəti informasiya və telekommunikasiya texnologiyaları sahəsində yeniliklər üzərində də çalışır ki, bunlardan biri də yaxın vaxtlarda HD paketə abunə olan müştərilərə əlavə olaraq həmin paketdə "Ailə 3D" paketinin təqdim edilməsi olacaq.
Şirkət fəaliyyət göstərdiyi müddətdə müştərilərə yüksək keyfiyyətli analoq və rəqəmsal yayım imkanları təqdim edib. Kabel yayım şəbəkəsinin FTTB üsulu ilə hazırlanması, peşəkar kollektiv, ən yeni texnologiyaların tətbiqi imkan verir ki, şirkət bazarda ən böyük və dinamik inkişaf edən telekomunikasiya şirkətlərindən biri olsun.