...

Azərbaycanın su operatoru yeni elektron xidməti təqdim edib

Telekommunikasiya Materials 21 Sentyabr 2011 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Azərsu" ASC istehlakçılara yeni elektron xidməti təqdim edib. Bu barədə Trend-ə çərşənbə günü ASC-nin mətbuat katibi Anar Cabrayıllı deyib.

Cəbrayıllının sözlərinə görə, yeni xidmət su istifadəsi üzrə borclara dair məlumat alma imkanı təqdim edir.

Xidmət azersu.az saytının "Borclar" abonent bölməsində yerləşir. Borc haqqında məlumat əldə etmək üçün müvafiq yerə abonent kodunu daxil etmək lazımdır.

Onun sözlərinə görə, yaxın vaxtda, "Azərsu" istehlakçılar üçün bir sıra yeni elektron xidmətləri təqdim edəcək, bunlar arasında su istifadəsinə görə APUS mərkəzləşdirilmiş kommunal və digər xidmətlərin ödənməsi sistemi ilə yanaşı, online-ödəmə imkanı da var.

"Həmçinin yaxın günlərdə "Elektron hökumət" dövlət proqramının tərkib hissələrindən olan vətəndaşların elektron müraciət sistemi də işə salınacaq. Vətəndaşların elektron müraciətləri avtomatik olaraq qeydiyyatdan keçəcək ki, bu, hər bir tələbi operativ cavablandırma imkanı verəcək", - Cəbrayıllı deyib.

Xəbər lenti

Xəbər lenti