...

Azərbaycan intellektual mülkiyyət sahəsində strategiya hazırlayır

Telekommunikasiya Materials 1 Oktyabr 2011 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Yaxın vaxtlarda 2011-2014-cü illər üzrə intellektual mülkiyyət sahəsində milli strategiyanın qəbul ediləcəyi gözlənilir. Bu barədə Trend-ə şənbə günü Azərbaycan Müəllif Hüquqları Agentliyindən bildirilib.

"Hazırda strategiyanın layihəsi Nazirlər Kabinetində son müzakirədədir. Müvafiq düzəlişlərin edilməsindən sonra sənədin artıq yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir", - agentlikdən deyiblər.

Strategiyada intellektual mülkiyyət sahəsində problemlər əksini tapıb, saxta məhsulların istehsalı və satışı ilə mübarizə metodları və s. daxil edilib. Ümumilikdə strategiyada təxminən 90 konkret tədbirin birləşdirildiyi 30 istiqamət nəzərdə tutulur.

Azərbaycan intellektual mülkiyyət sahəsində uzunmüüddətli milli strategiyanın qəbul ediləcəyi ölkələrdən biri ola bilər.

Xəbər lenti

Xəbər lenti