...

"Azerfon" daha bir mükafata layiq görüldü (FOTO)

Telekommunikasiya Materials 4 Oktyabr 2011 17:44 (UTC +04:00)
"Azerfon" şirkəti "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən "Xəzər" Milli mükafatına layiq görülüb.
"Azerfon" daha bir mükafata layiq görüldü (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

"Azerfon" şirkəti "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən "Xəzər" Milli mükafatına layiq görülüb.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "İslahatçı Gənclər" İctimai Birliyi Gənclərə Yardım Fondunda növbəti "Xəzər" Milli mükafatının təqdimatını keçirib. Ölkənin müxtəlif təbəqələrini təmsil edən insanlar arasında keçirilən sorğu əsasında "Azerfon" şirkəti yüksəksəviyyəli mobil rabitə xidmətinə və ictimaiyyətlə sıx əməkdaşlığına görə "Xəzər" Milli mükafatına layiq görülüb.

Təqdimatda iştirak edən "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə rəhbəri Elşad Fərzəliyev "Azerfon"un ölkə mediasına və mətbuatına ən açıq şirkətlərdən biri olduğunu qeyd edib.

"Azərbaycanın ilk 3G operatoru olan "Azerfon" şirkəti ölkə vətəndaşları üçün yüksəksəviyyəli mobil rabitə xidməti göstərən şirkətdir. Şirkətimiz təhsil, idman, mədəniyyət və bir çox sahələrə hər zaman öz dəstəyini verir və sosial layihələrdə yaxından iştirak edir. Bu gün şirkətimizin bu mükafatla təltif olunması "Azerfon"un yüksəkkeyfiyyətli xidmətlər, etibarlı şəbəki əhatəsi və yarandığı vaxtdan ölkənin sosial inkişafında fəal iştirakına görə verilən bir dəyərdir. "Azerfon" şirkəti adından İslahatçı Gənclər birliyinə dərin minnətdarlığımı bildirirəm və işlərinizdə uğurlar arzu edirəm", - Fərzəliyev qeyd edib.

Qeyd edək ki, qalib olanlar sırasında millət vəkilləri, rayon icra hakimiyyətlərinin başçıları, kütləvi informasiya vasitələri və başqaları var.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb. "Azerfon" ölkənin 80%-ni əhatə edən müasir şəbəkəyə malikdir və hazırda 3G xidmətləri təqdim edən ilk telekommunikasiya şirkətidir.

Xəbər lenti

Xəbər lenti