...

Bakcell-dən "ulduzlu təklif" - bütün Azərbaycanla dəqiqəsi 5 qəpik tarifi ilə danışın!

Telekommunikasiya Materials 31 Oktyabr 2011 17:58 (UTC +04:00)
Azərbaycanın mobil operatoru Bakcell şirkəti yeni "Ulduzlu zənglər" kampaniyasına start verir.
Bakcell-dən "ulduzlu təklif" - bütün Azərbaycanla dəqiqəsi 5 qəpik tarifi ilə danışın!

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycanın mobil operatoru Bakcell şirkəti yeni "Ulduzlu zənglər" kampaniyasına start verir. Kampaniya heç bir şərt və məhdudiyyət olmadan Azərbaycan daxilində bütün istiqamətlərə zənglərin hər dəqiqəsinə görə 5 qəpik tarifini təklif edir.

Sadəcə, zəng etdiyiniz istənilən mobil, ev və ofis nömrəsinin qarşısında * (ulduz işarəsi) yığın və inanılmaz qiymətə danışın. Bu kampaniyada heç bir şərt yoxdur və heç nə dəyişmir: sevimli nömrələr aktiv qalır, tarifikasiya intervalı dəyişmir və Siz başqa tarif planına keçmək haqqında düşünmürsünüz. Ən əsası isə xidmətdən yararlanmaq üçün balansınızda olan məbləğin fərqi yoxdur. Bir ay müddətində - oktyabrın 31-dən noyabrın 30-dək bu rahat ünsiyyət imkanından yararlanın.

Bu ilin payız mövsümü çox yağışlı və soyuq günlərlə başlayıb. Müştərilərin ehtiyaclarını hər zaman nəzərə alan Bakcell, soyuq günlərinizə bir az istilik qatmaq məqsədilə bu çox əlverişli "Ulduzlu zənglər" təklifini Sizə təqdim edir. Günlərin getdikcə qısaldığı və gecələrin soyuqlaşdığı mövsümdə rahat ünsiyyət Sizin əhval-ruhiyyənizi xeyli yüksəldə bilər. Bakcell Sizə balansınıza yüklədiyiniz məbləğdən asılı olmayaraq, istənilən operator və ya şəhər nömrəsinin qarşısına sadəcə ulduz (*) işarəsini əlavə etməklə ünsiyyətin maksimal rahatlığından yararlanmaq imkanı yaradır.

"Ulduzlu zənglər" kampaniyası bütün Bakcell ailəsi - CIN, Klass və Gold abunəçilərinə, eləcə də yeni "CINeration" və "Klass 7" tariflərinin abunəçilərinə aiddir və bütün ölkədaxili zənglər üçün nəzərdə tutulub. Unutmayın ki, bu kampaniyada minimal balans və ya xidmətin aktivləşdirməsi haqqı kimi heç bir əlavə şərt mövcud deyil. Sadəcə Azərbaycan daxilində istənilən nömrənin qarşısına * (ulduz) əlavə edin və dəqiqəsi cəmi 5 qəpik olan bu unikal danışıq tarifindən yararlanın.

Öz fəaliyyətində müştəri məmnuniyyətinə xüsusi önəm verən Bakcell şirkəti Azərbaycanın mobil telefon istifadəçiləri üçün əlverişli imkanlar yaratmağa davam edəcək. Danışıq, SMS və mobil internet üçün ən sərfəli tariflər və müxtəlif bonuslar, xüsusilə də bayram günləri və müxtəlif əlamətdar tarixlərdə təqdim olunan bonuslar sübut edir ki, şirkət müştərilərə mobil rabitəyə xərclədikləri pulun əvəzini ən dəyərli şəkildə vermək üçün əlindən gələni edir.

Ulduzlu zənglərdən yararlanın və Bakcell-dən yaxın gələcəkdə daha yeni xoş sürprizlər gözləyin!

"Ulduzlu Zənglər" təklifindən istifadə barədə daha ətraflı məlumat almaq üçün 5530 qısa nömrəsinə pulsuz SMS göndərə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti