...

Rabitə Nazirliyi bütün mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üzrə lisenziya verib

Telekommunikasiya Materials 2 Noyabr 2011 12:21 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azercell və Bakcell mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üzrə lisenziya verib.
Rabitə Nazirliyi bütün mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üzrə lisenziya verib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azercell və Bakcell mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üzrə lisenziya verib. Trend-in məlumatına görə, bu barədə Nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Qərar Nazirlikdə keçirilən kollegiya iclasının yekunları üzrə qəbul olunub.

"Məsələ operatorların özləri arasında da müzakirə olunur", - Məmmədov deyib.

Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir. İki digər operator dəfələrlə bu standartda xidmətlər göstərməyə hazır olduğunu və bunun üçün bütün lazımi infrastruktura malik olduğqlarını bəyan ediblər.

Habelə hər üç mobil operatora ən yeni 4G (LTE) mobil rabitə nəslinin tətbiqi üzrə təklifləri təqdim etmək tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti