...

"Bakcell"in 3G "Sür@" mobil internet xidməti 2G texnologiyasından 164 dəfə sürətlidir

Telekommunikasiya Materials 24 Noyabr 2011 18:31 (UTC +04:00)
"Bakcell" şirkəti öz abunəçilərinə yüksəkkeyfiyyətli internet bağlantısı təmin edən ən üstün 3G təcrübəsini - "sür@" xidmətini təqdim edir.
"Bakcell"in 3G "Sür@" mobil internet xidməti 2G texnologiyasından 164 dəfə sürətlidir

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti öz abunəçilərinə yüksəkkeyfiyyətli internet bağlantısı təmin edən ən üstün 3G təcrübəsini - "sür@" xidmətini təqdim edir.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün "Bakcell" şirkəti mobil internetin ən yüksək sürətini Azərbaycanın 62 şəhərində aktivləşdirib. İndi "Bakcell" abunəçilərinin mobil telefonunda internetin sürəti 2G texnologiyasından 164 dəfə sürətlidir. "Bakcell" şirkətinin şəbəkəsi hələ gələcəkdə tətbiq ediləcək 3.9G HSPA+ yüksəksürətli genişzolaqlı mobil internet xidmətlərini də dəstəkləyir. Bakcell-in 3.9G HSPA+ texnologiyası 3G standartının ən sürətli 42 Mbps Dual Carrier Downlink (ikiqat daşıyıcı rabitə xətti) vasitəsilə çox təsirli göstəricilərə malikdir.

Qeyd etmək lazımdır ki, 3G texnologiyası vasitəsilə "Bakcell" abunəçiləri Azərbaycanın bütün şəhərlərində sürəti 14.4 mbit/s qədər, Bakı şəhərində və Azərbaycanın bəzi rayonlarında isə 21 mbit/s və 28 mbit/s qədər olan genişzolaqlı mobil internetdən istifadə etmək imkanı əldə edəcəklər. Bu isə sadə şəkildə o deməkdir ki, mobil internet 2G texnologiyasından 164 dəfə sürətli olacaq.

42 Mbps Dual Carrier Downlink mobil genişzolaqlı sürət, abunəçilərə video zəng etmək, mobil telefondan HD (Yüksək Dəqiqlik) formatında fayllar ötürmək, tam HD formatında televiziyaya baxmaq imkanı yaradacaq.

Bundan əlavə, "Bakcell" şirkəti ən son 4G LTE mobil genişzolaqlı texnologiyanın inteqrasiyasını planlaşdırır və bunun üçün müvafiq lisenziyaların verilməsini gözləyir.

"Bakcell"in 3G xidmətləri hazırda ölkənin 62 şəhərini əhatə edir və şirkət 2012-ci ildə mobil genişzolaqlı internet xidmətlərini Azərbaycanın kənd və şəhərətrafı ərazilərinə qədər genişləndirmək niyyətindədir.

"3G xidmətlərimizi uğurla işə salaraq, biz abunəçilərimizə ən yüksək keyfiyyətə malik internet xidməti təklif edirik. Biz böyük məmnuniyyətlə abunəçilərimizi yüksək sürətli interneti sınaqdan keçirməyə, istənilən vaxt və istənilən yerdə mobil telefonların geniş və müasir proqram imkanlarından yararlanmağa dəvət edirik. Biz inanırıq ki, "Bakcell"in 3G xidmətləri şirkətimizin "Daha yaxın olaq" fəlsəfəsinə uyğun olaraq məlumat ötürülməsi və internet xidmətlərinin keyfiyyət rəmzinə çevriləcək", - "Bakcell"in baş texniki direktoru Yigit Berktaş bildirib.

Əgər siz də "Bakcell" abunəçisinizsə SMS vasitəsilə "sur@" sözünü 3535 nömrəsinə göndərin və Azərbaycanın ən üstün 3G təcrübəsindən faydalanın!

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-"Bakcell" abunəçiləri isə 055 0000 555-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti