...

Azərbaycanda internet-TV yayımı lisenziyalaşdırıla bilər - Əli Abbasov

Telekommunikasiya Materials 5 Dekabr 2011 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir H.Vəliyev /

Televiziya kanallarının internet şəbəkəsində yayımlanması ilə məşğul olan şirkətlərin fəaliyyəti lisenziyalaşma tələb edə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Nazirin sözlərinə görə, nazirlik tərəfindən aparılan monitorinqə əsasən, hazırda internet şəbəkəsində 20-dən artıq telekanal fəaliyyət göstərir.

"Bu gün telekanalların internet şəbəkəsində yayımlanması üçün lisenziya tələb olunmur. Bununla əlaqədar onlar sərbəst fəaliyyət göstərirlər. Biz hesab edirik ki, bu, yalnız başlanğıcdır. Onlar bu texnologiyaya yiyələnməli və onu inkişaf etdirməlidirlər. Lakin əgər tələb olunarsa, Milli Televiziya və Radio Şurası bu məsələyə [internet-TV-nin lisenziyalaşdırılmasına] baxa bilər", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti