...

Azərbaycanın Əmək Nazirliyi telekommunikasiya avadanlıqlarının alınması üzrə tender élan edib

Telekommunikasiya Materials 6 Dekabr 2011 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müdafiə sahəsinin inkişafı layihəsi çərçivəsində kompüter telekommunikasiya avadanlıqlarının və fasiləsiz qidalanma sistemlərinin alınması üzrə tender élan edib.

Tender iki lot üzrə keçirilir.

Birinci lot fasiləsiz qidalanma sistemlərinin, naqilsiz nöqtələrin, şəbəkə kabellərinin, Flash-toplayıcıların, konnektorların, Wi-Fi daxilolma nöqtələrinin, modemlərin, kameraların və s. alınmasının nəzərdə tutur.

İkinci lot mövcud kompüter parkının yenilənməsini nəzərdə tutur.

Birinci lotda iştirakın dəyəri 6,8 min manat, ikinci lotda isə 8,3 min manatdır. İştirakçılardan tender təklifləri 23 yanvar saat 16:00-dək qəbul edilir. Tender təkliflərinin açılışı elə həmin gün Əmək Nazirliyinin binasında saat 16:00-da keçiriləcək.

Əlavə məlumat almaq üçün aşağıdakı nömrələrə zəng etmək olar: 596-09-36, 596-09-84. Əlaqələndirici şəxslər - Zaur Cəfərli, Leyla Məmmədova.

Xəbər lenti

Xəbər lenti