...

"Nar Mobile" Bakı sakinləri üçün növbəti "Nar Dünyası" satış və xidmət mərkəzlərini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 7 Dekabr 2011 18:48 (UTC +04:00)
2011-ci il dekabrın 7-də Bakı şəhərində "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirilib.
"Nar Mobile" Bakı sakinləri üçün növbəti "Nar Dünyası" satış və xidmət mərkəzlərini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

2011-ci il dekabrın 7-də Bakı şəhərində "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatında deyilir.

"Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimləri Bül-Bül pr., 24, Azadlıq küç., 19 və daha sonra Nizami rayonu, Q.Qarayev pr., 74 ünvanlarında olub.

Yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq.

"Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksəkkeyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış olublar, yüksəksürətli mobil internet bağlantısından canlı istifadə ediblər.

Hazırda Bakı şəhərində "Nar Mobile" tərəfindən təqdim edilən 11 yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdə isə 23 yeni "Nar Dünyası" satış və xidmət mərkəzi olmaqla, Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.

Xəbər lenti

Xəbər lenti