...

"KATV1" "Azeri Business Award" mükafatına layiq görülüb

Telekommunikasiya Materials 16 Dekabr 2011 14:08 (UTC +04:00)
14 dekabr 2011-ci il tarixində aralarında "AG Telekom" (KATV1 brendinin sahibi) şirkəti də olmaqla "Azeri Business Award" mükafatının təntənəli təqdimat mərasimi keçirilib.
"KATV1" "Azeri Business Award" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

14 dekabr 2011-ci il tarixində aralarında "AG Telekom" (KATV1 brendinin sahibi) şirkəti də olmaqla "Azeri Business Award" mükafatının təntənəli təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir. Mükafat şirkətinin müştəri xidməti şöbəsinin rəisi Pərviz Qədimova təqdim olunub.

2011-ci ildə KATV1 paytaxtda olduğu kimi, ölkə regionlarında da əhatə zonasının genişləndirib, Xırdalan və Mingəçevir şəhərlərində filiallar açlb, Gəncə şəhərində filialın rəsmi açılışı üzrə işlər başa çatır.

2011-ci ilin noyabrında Bakutel-2011 şirkətin HD-keyfiyyət yayımı və genişzolaqlı internetə çıxışı kimi xidmətlərinin təqdimatı keçirilib.

"Azeri Business Award" Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan "Business Time" jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edən Azeri Business Award Milli Mükafatının qalibləri hər ilin yekunlarına görə, müəyyənləşdirilir.

Qeyd edək ki, adı çəkilən mükafata şirkət artıq ikinci dəfə layıq görülür. Bundan əlavə 2006-cı ildən etibarən fəaliyyətə başlayan, "AG Telecom" MMC - "KATV1" Kabel Televiziyası 2007- ci ildə "Kabel televiziyasının inkişafına töhvəsinə görə "UĞUR 2006", 2009 - cu ildə Fransada "Ən Yaxşı Ticarət Markası üçün 35-ci Qızıl Mükafat", 2009-cu ildə "İlin Şirkəti" 2010-cu ildə isə "Kabel Televiziyası Sahəsinin Lideri" nominasiyasında "AZERİ BUSİNESS AWARD", həmçinin 2011-ci ildə Azərbaycanda İlin 1 nomrəli Brendi 2010 mükafatlarına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti