...

Azərbaycanın mobil rabitə operatoru borc öhdəlikləri bazarına çıxır

Telekommunikasiya Materials 23 Dekabr 2011 19:31 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bakcell LTD" MMC-nin 40 milyon manat dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydə alıb.
Azərbaycanın mobil rabitə operatoru borc öhdəlikləri bazarına çıxır

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bakcell LTD" MMC-nin 40 milyon manat dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü komitənin məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 40 min istiqraz qeydə alınıb. İstiqrazların yerləşdirilməsi bağlı şəkildə olacaq.

Bu sövdələşmə çərçivəsində Azərbaycan bankı "Unibank"ın törəmə şirkəti olan "Unicapital" Azərbaycan bazarına iri xarici investorun çıxışına dəstək verir. Bankdan Trend-ə verilən məlumata görə, 40 milyon manat həcmində istiqrazların alınması üzrə sövdələşmənin dekabrın sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG Almaniya İnvestisiya Korporasiyası (8,3333 faiz) kimi maliyyə institutları bankın səhmdarlarıdır.

Dekabrın 23-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti