...

Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı qoşulmaların montaj tutumunu artırıb

Telekommunikasiya Materials 9 Yanvar 2012 18:50 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyinin şəbəkəsində genişzolaqlı internetin montaj tutumu regionlar üzrə 100 min ədədə çatıb.
Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı qoşulmaların montaj tutumunu artırıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin şəbəkəsində genişzolaqlı internetin montaj tutumu regionlar üzrə 100 min ədədə çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Aztelekom"un məlumatında deyilir.

İşlər "Aztelekom"un hazırladığı 2011-2013-cü illər üçün regionlarda genişzolaqlı internetin inkişafı konsepsiyası çərçivəsində aparılır. Konsepsiya genişzolaqlı internetdən istifadə imkanını genişləndirmək və son istifadəçilər üçün daha əlverişli etməyə yönəlib.

Məlumata əsasən, respublikanın rayon və kəndlərində "AztelekomNet" dövlət internet-servis-provayderinin şəbəkəsində genişzolaqlı qoşulmaların sayı 20 min ədəd təşkil edir. Operator regional telekommunikasiya qovşaqlarında (o cümlədən ucqar ərazilərdə) genişzolaqlı internet portlarının sayını daha 30 min ədəd artırıb.

Genişzolaqlı ADSL-in yeni portları rayon mərkəzləri və Ağdam, Ağstafa, Ağcabədi, Beyləqan, Cəlilabad, Lənkəran, Ucar, Xaçmaz, Quba, Qusar, Qəbələ, Şəki, Göygöl, Qazax, Balakən, Bərdə, Goranboy, Şəmkir, Tovuz, Qazax, İmişli, Şirvan rayonlarının kəndlərində yerləşən "Aztelekom"un telekommunikasiya qovşaqlarında quraşdırılıb.

Ümumilikdə, "Aztelekom" infrastrukturu üzrə genişzolaqlı internet xidmətlərindən respublikanın 236 kəndinin sakinləri istifadə edə biləcəklər.

Bununla yanaşı, kommersiya provayderlərinin avadanlıqlarının ADSL montaj tutumu da 20 min ədəd artırılıb. Kommersiya internet-provayderlərin şəbəkələrində genişzolaqlı qoşulmaların ümumi sayı isə 30 min ədəd təşkil edir.

Xəbər lenti

Xəbər lenti