...

Azərbaycan biliklərə əsaslanan iqtisadiyyat formalaşdırır

Telekommunikasiya Materials 17 Yanvar 2012 19:39 (UTC +04:00)
Təbii resursların səmərəli istifadə edilməsi Azərbaycanda biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasına dəstək verir.
Azərbaycan biliklərə əsaslanan iqtisadiyyat formalaşdırır

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir H.Vəliyev/

Təbii resursların səmərəli istifadə edilməsi Azərbaycanda biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasına dəstək verir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına dövlət səviyyəsində böyük önəm verilir. Bunun bariz nümunəsi dövlət idarələrinın fəaliyyətində İT-nin geniş tətbiqidir.

Gələcəkdə istər turizm, istər kənd təsərrüfatı və s. olsun, İT-nın tətbiq edilməyəcəyi elə bir sahə qalmayacaq.

"Bu gün telekommunikasiya vasitəsi kimi internet adi həyat tərzinə çevrilib və ölkədə telekommunikasiya sahəsində aparılan islahatlar onun gələcək inkişafına xidmət göstərəcək. Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu istiqamətdə çox vacib işlər görüb, bunun sayəsində respublikada texnoloji mühit qabaqcıl texnologiyaların tətbiqi ilə tamamilə rəqəmsallaşdırılıb. Bu, ilk növbədə, Azərbaycanda internetin inkışafının, xüsusən də genişzolaqlı internetə çıxışın yeni perspektivlərini açır", - Əliquliyev qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, telefonlaşdırma, xüsusən, mobil rabitənin inkişafı da az əhəmiyyət kəsb etmir. Bu gün mobil rabitəyə çıxış səviyyəsi 110 faizə çatıb və onlayn-münasibətlərin yeni keyfiyyətli növünü formalaşdırır.

Bu gün bəzi insanlar fəaliyyətini birbaşa virtual mühitdə formalaşdırır, elektron ticarət, məsafədən təhsillə məşğul olurlar, forumlar keçirirlər, sosial şəbəkələrdə fikirləri ilə bölüşürlər.

Ölkədə "elektron hökumət", "elektron elm", "elektron təhsil" və s. formalaşdırılır.

"Azərbaycan bu gün inkişaf tempi üzrə bu sahədə 10 lider ölkə sırasına daxil edilib. Bu, hər bir vətəndaşı sevindirir. Belə ki, onun əmin-amanlığının yüksəlməsinə xidmət edir, bununla yanaşı, yüksəkintellektuallı insan kapitalını formalaşdırır. Biz mövcud istiqamətdə aparılan bütün işləri dəstəkləyirik, bununla belə, onlarda fəal iştirak edirik", - o bildirib.

Xəbər lenti

Xəbər lenti