...

İran öz istehsalı olan 9 superkompüteri təqdim edəcək

Telekommunikasiya Materials 14 Fevral 2012 16:17 (UTC +04:00)
İran öz istehsalı olan 9 superkompüteri bu ilin sonuna qədər (21 mart) təqdim edəcək.
İran öz istehsalı olan 9 superkompüteri təqdim edəcək

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran öz istehsalı olan 9 superkompüteri bu ilin sonuna qədər (21 mart) təqdim edəcək. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İranın elm və texnologiya məsələləri üzrə vitse-prezidenti Nəzrin Sultanzadə bildirib.

"Doqquz yeni superkompüter təqdim ediləcək və "National Grid" milli şəbəkəsinə qoşulacaq", - o deyib.

İranda ümumilikdə 11 superkompüterdən ibarət olan "National Grid" milli şəbəkəsinin yaradılması planlaşdırılır.

Ölkə ötən il Tehran Universiteti və İsfahan Texnologiya Universitetində layihələşdirilən və hazırlanan iki "Amirkabir" (AUT) superkompüterini təqdim edib.

Superkompüterlər çox resurstutumlu həllərin, kvant fizikası, havanın proqnozlaşdırılması, iqlim tədqiqatı, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə (məsələn, aerodinamik borularda təyyarələrin modelləşdirilməsi və s.) və nüvə araşdırmaları ilə bağlı problemlərin hesablanması üçün istifadə edilir.

Xəbər lenti

Xəbər lenti