...

Azərbaycanın Rabitə Nazirliyi bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

Telekommunikasiya Materials 19 Mart 2012 11:51 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz struktur bölmələrinə bayram günlərində rabitə, internet, televiziya, radio və poçt rabitəsi xidmətlərinin göstərilməsi üçün tapşırıq verib.
Azərbaycanın Rabitə Nazirliyi bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz struktur bölmələrinə bayram günlərində rabitə, internet, televiziya, radio və poçt rabitəsi xidmətlərinin göstərilməsi üçün tapşırıq verib. Trend-in məlumatına görə, bu barədə Nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Nazirlik tərəfindən bayram ərəfəsində və sonrakı bayram günlərində hətta borcları olan abonentlərin (onların müraciətləri əsasında) telefon xətlərinin fasiləsiz işinin təmin edilməsi tapşırılıb.

Habelə Nazirlik tərəfindən abonentlərin rahatlığı üçün əlavə tədbirlərin görülməsi də tapşırılıb.

Rabitə şəbəkələrinin fasiləsiz işinin təmin olunması üçün operatorun telekommunikasiya qovşaqları gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinin məlumatında deyilir.

Operator tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Operatorun bütün struktur bölmələrinə torpaq-qazma və tikinti-quraşdırma işlərinin aparılması, təhlükəsizlik xidmətinin gücləndirilməsi, mümkün problemlərin aradan qaldırılması üçün regional qəza briqadalarının hazırlıq vəziyyətinə gətirilməsi tapşırılıb.

Operatorun regional telekommunikasiya qovşaqlarında məsul növbətçilərin sayının artırılması ilə yanaşı, Aztelekom-un dispetçer xidməti də xüsusi iş rejimində çalışacaq.

Xəbər lenti

Xəbər lenti