...

"Bakcell" satış xidməti şəbəkəsini xeyli genişləndirib

Telekommunikasiya Materials 2 Aprel 2012 15:26 (UTC +04:00)
"Bakcell" şirkətinin diler şəbəkəsi genişləndirilib və ötən il ərzində Azərbaycan ərazisində 34 yeni diler mağazası açılıb.
"Bakcell" satış xidməti şəbəkəsini xeyli genişləndirib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin diler şəbəkəsi genişləndirilib və ötən il ərzində Azərbaycan ərazisində 34 yeni diler mağazası açılıb.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2012-ci ilin fevral ayına olan məlumata əsasən, "Bakcell"in ölkədəki diler mağazalarının sayı 293-ə çatdırılıb. Şirkət Bakıda yerləşən 97 diler mağazası, regionlarda yerləşən 166 diler mağazası və paytaxtda və rayonlarda yerləşən 7 xidmət mərkəzi vasitəsilə fəaliyyət göstərməkdədir.

"Bakcell" öz xidmət şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakıda 4, regionlarda 3 xidmət mərkəzi (Gəncə, Naxçıvan, Sumqayıt) və Bakıda 4 və rayonlarda 12 "BakcellİM" mərkəzi şirkətin 2,6 milyon aktiv abunəçisinə xidmət etməkdədir.

"Bakcell"in ümumi diler şəbəkəsi 200 dilerdən və 800-dən artıq işçidən ibarətdir. Şirkət rəsmi diler mağazaları vasitəsilə "Bakcell" ödəmə kartları, internet kartları, internet SİM kartları, CİN, Klass və Gold nömrələri, USB və WiFi modemləri, mini SİM kartları, telefonlar, Blackberry telefonları və xidmətlər və s. kimi geniş çeşidli məhsullar təklif edir.

2011-ci ildə "Bakcell" şəhərin mərkəzində özünün yeni "Sharks Mobile" diler mağazasının açılışını elan edib. Azərbaycanda ilk dəfə olaraq, həmin mağazanın pəncərəsi böyük "sensor monitor"a çevrilib. Bu cür monitorlar vasitəsilə "Bakcell" öz internet səhifəsini bəzi diler mağazaları və servis mərkəzlərinin çöl pəncərəsinə ötürə bilir. Bu texnologiya günün 24 saatı ərzində aktivdir və abunəçilərə şirkətin internet səhifəsindən istifadə edərək "055" jurnalının yeni buraxılışları ilə tanış olmaq, onlayn ödəmələri həyata keçirmək, tarif və kampaniyalar haqqında məlumat almaq, pulsuz sms göndərmək imkanı verir.

"Bakcell", həmçinin Azərbaycanın kənd və ucqar ərazilərində, xüsusilə də Ağdam və Tərtər rayonlarında diler şəbəkəsinin və məhsul kampaniyalarının effektivliyini əhəmiyyətli dərəcədə artırıb.

2011-ci ildən etibarən "Bakcell"in dilerləri öz mağazalarında müştəri xidmətləri göstərmək imkanına malikdirlər. Bu isə öz növbəsində, müştərilərə bütün ölkə ərazisində və istənilən diler mağazasında SİM kartın dublikatını almaq, əlaqə məlumatlarını yeniləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradır.

"Bakcell" mağazaları və şirkətin digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti