...

Ukrayna Azərbaycana kosmik sahədə xidmətlər təklif edir

Telekommunikasiya Materials 4 Aprel 2012 18:12 (UTC +04:00)
Ukrayna Azərbaycana kosmik sahədə xidmətlər təklif edir.
Ukrayna Azərbaycana kosmik sahədə xidmətlər təklif edir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Ukrayna Azərbaycana kosmik sahədə xidmətlər təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko bildirib.

"Ukrayna Azərbaycanla təkcə hazır məhsulları bölüşməyi deyil, həm də Azərbaycanın sifarişi ilə raketdaşıyıcılar, peyk və s. istehsal etməyə hazırdır. Biz texnologiyalarla bölüşməyə və mütəxəssisləri öyrətməyə, birbaşa burada - Azərbaycanda istehsalat sahələrində təlimlər keçirməyə və kosmik sahədə kompleks xidmət təklif etməyə hazırıq", - Mayko deyib.

Onun sözlərinə görə, "Azərkosmos" ASC-də görüş səmərəli keçib və burada yuxarıda sadalanan məsələlər müzakirə edilib.

"Ukrayna bu sahədə böyük təcrübəyə malikdir. Bu gün Ukraynanın qarşısında peykləri ilə birlikdə yerli istehsal olan raketlərin buraxılması üçün öz meydançasını yaratmaq kimi iddialı tapşırıq dayanır. Təbii ki, biz təkcə öz proqramlarımızdan danışmırıq. Biz Azərbaycana kosmik sahədə əldə edilmiş işlərin bütün spektrini təklif etməyə hazırıq", - Mayko vurğulayıb.

Xəbər lenti

Xəbər lenti