...

Beynəlxalq texnologiya şirkəti Azərbaycanda mövqelərini möhkəmləndirəcək

Telekommunikasiya Materials 11 Aprel 2012 11:31 (UTC +04:00)
"Lenovo" beynəlxalq texnologiya şirkəti Azərbaycanda "Think" və "Idea" ərzaq xətlərinin mövqelərinin gücləndirilməsi ilə məşğul olacaq.
Beynəlxalq texnologiya şirkəti Azərbaycanda mövqelərini möhkəmləndirəcək

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir H.Vəliyev/

"Lenovo" beynəlxalq texnologiya şirkəti Azərbaycanda "Think" və "Idea" ərzaq xətlərinin mövqelərinin gücləndirilməsi ilə məşğul olacaq. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Lenovo" şirkətinin Azərbaycanda mövqelərinin gücləndirilməsi ilə şirkətin Rusiya, MDB və Şərqi Avropadakı işləri üzrə bölməsinin yeni rəhbəri Qleb Mişin məşğul olacaq", - məlumatda deyilir.

Şirkət bu gün Mişinin "Lenovo"nun Rusiya, MDB və Şərqi Avropa ölkələrindəki vitse-prezidenti və baş meneceti təyin edildiyini élan edib.

Əvvəllər "Acer"in EEMEA (Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə vitse-prezidenti postunu tutmuş Mişinin vəzifəsinə şirkətin həm kooperativ, həm də istehlakçı biznesinin inkişafı, 30 ölkədə "Think" və "Idea" ərzaq xətlərinin mövqelərinin gücləndirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti