...

Əli Abbasov: Azərbaycan peyklərinin növbəti üç il ərzində orbitə buraxılacağı gözlənilir

Telekommunikasiya Materials 11 Aprel 2012 11:54 (UTC +04:00)
Azərbaycan peyklərinin 2013-cü, 2014-cü və 2015-ci illərdə orbitə buraxılacağı gözlənilir.
Əli Abbasov: Azərbaycan peyklərinin növbəti üç il ərzində orbitə buraxılacağı gözlənilir

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir H.Vəliyev/

Azərbaycan peyklərinin 2013-cü, 2014-cü və 2015-ci illərdə orbitə buraxılacağı gözlənilir. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin "Ər-Rayya" qəzetinə müsahibəsində bildirib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Azərbaycanın ilk telekommunikasiya peyki (Azerspace-1) 2012-ci ilin oktyabrında Kuru kosmodromuna gətiriləcək, onun orbitə buraxılışının sonrakı üç ay ərzində həyata keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti